Şabran rayonundan olan Şəhid Balağayev Seyfəddin Vahid oğlunun ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimində YAP Şabran rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, şəhid ailələri, YAP əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Şabran rayonunda şəhid Orucov Ürfanın doğum günündə əziz xatirəsinə həsr olunmuş barelyef abidə kompleksinin açılışı olub. Açılışda YAP Şabran rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həmçinin, Şabran rayon Çayqaraqaşlı kəndindən olan Şəhid Aydəmirov Beyrək Etibar oğlunun ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimində YAP Şabran rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, şəhid ailələri, YAP əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bundan sonra da YAP Şabran rayon təşkilatında "Şəhid ailələrinə qayğı" aksiyası davam edəcək.
Allah şəhidlərimizə rəhmət eləsin.
Rəfiqə