“Siyasi partiya sədrlərinin Şuşaya səfəri tarixi hadisədir. Bu təşəbbüsü irəli sürdüklərinə və təşkil etdiklərinə görə, Ədalət müəllimə və onun rəhbərlik etdiyi şöbənin əməkdaşlarına təşəkkür edirik”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, Qarabağın azadlığına qovuşmasından bir partiya sədri olaraq böyük qürur hissi keçirirəm: “Şuşaya səfərimiz zamanı yol boyu ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə heyrətləndik. Yəni qısa bir müddət ərzində bu cür iri həcmli işlərin görülməsi qürurverici idi. Şuşaya daxil olanda çox böyük qürur hissi keçirdik. Şuşada bir çox yerləri ziyarət etdik. Dağılmış yerləri gördük və bir daha erməni vandalizminin, vəhşiliyinin şahidi olduq. İnşallah tezliklə dağıntıya məruz qalmış bütün ərazilərimiz bərpa olunacaq. Ən böyük təəssüratımız Şuşada aparılan təmir bərpa işləri idi. Nə qədər böyük bir qələbə qazanmışıq. Müzəffər ordumuzun hesabına, şəhidlərimizin, qazilərimizin qanı-canı hesabına torpaqlarımızı azad etmişik. Şəhidlərimiz canlarından keçdilər ki, vətən, bayraq və dövlət yaşasın. Şəhidlərimiz vətən, bayraq və dövlət qədər bizim üçün əzizdir. Qazilərimiz əzizdir, Allah qazilərimizə uzun ömür, cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin”.
Gülyanə