PDF Oxu

Siyasət

  • 1 959

"Ermənilər Paşinyana dəstək verir" - POLİTOLOQ AÇIQLADI

"Ermənilər Paşinyana dəstək verir" - POLİTOLOQ AÇIQLADI

"Azərbaycanın 44 günlük zəfərindən sonra Ermənistanda vəziyyət gərgin olaraq qalır. Amma bu məğlubiyyətə baxmayaraq, Ermənistan xalqı məğlub Baş nazirə səs verib onu hakimiyyətdə saxladı". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Onun sözlərinə görə, hazırda Ermənistanda Paşinyanın əleyhinə qüvvələr fəallaşıb. Bu əleyhdar qüvvələr içərisində əsasən keçmiş prezidentlər, Köçəryan və Sarkisyan xüsusilə seçilir və onlar Paşinyanın hakimiyyətinin devrilməsində maraqlıdırlar.Məhərrəm Zülfüqarlı bu barədə fikirlərini belə izah edib: "Bunların mövqeyi rus yönümlüdür, Paşinyanın mövqeyi isə nisbətən qərb yönümlüdür. Əgər erməni əhalisi səs verib Paşinyanı hakimiyyətdə saxlayıbsa, onun əleyhinə baş verən hadisələrin elə də ciddi olacağını düşünmürəm. Ermənilər Paşinyana dəstək verir. O da əvvəlkilərdən fərqli olaraq müharibəpərəst siyasət yeritmir. Əvvəllər başqa mövqe tuturdusa, indi daha yumşalmalarda, dəhlizlərin açılması məsələlərində getdikcə düzgün mövqe tutmağa çalışır. Bu da Azərbaycanın xeyrinədir".

Müəllif: Turqay Musayev

Digər xəbərlər