“Oktyabr ayının 9-da cənab Prezident növbəti dəfə Hadruta səfər etdi. Bu səfərin tarixi əhəmiyyəti böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bu səfər çərçivəsində bir sıra mühüm layihələrin təməli qoyuldu: “Burada da artıq bu layihələrin uğurla icra olunması nəzərdə tutulur. Cənab Prezident Hadrut səfərində çox vacib mesajlar verdi. Bildiyimiz kimi Tuğ Azərbaycanın qədim kəndlərindən biridir və bu ərazidən bir çox tanınmış, ziyalılar çıxıb. Bu kəndin tarixinin qorunması, bərpası xüsusi önmə daşıyır. Eyni zamanda bu ərazidə Azıx mağarası yerləşir. Ermənilər uzun müddət çalışdılar ki, bu ərazilərdə saxtalaşdırma həyata keçirsinlər. Amma Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ermənilərin bu xəbis niyyətinin də həyata keçirməyə imkan vermədi. Bu səfərdə digər vacib məqam isə Xocavənddə yeni məscidin təməlinin qoyulması idi. Bu məscidin təməlinin qoyulması Xocavənddə müsəlman kimliyinin bərpa olunmasına, güclənməsinə öz ciddi dəstəyi verəcək. Cənab Prezidentin bildiyimiz kimi artıq Tərtər, Cəbrayıl, Hadrut və digər bölgələrə səfər etməsi, bu səfər çərçivəsində verdiyi mesajlar Azərbaycan dövlətinin gücünün və qüdrətinin göstəricisidir”.
Arzu Qurbanzadə