PDF Oxu

Siyasət

  • 1 932

“İran gec-tez yanlış mövqeyini dərk edəcək” - DEPUTAT ŞƏRH ETDİ

“İran gec-tez yanlış mövqeyini dərk edəcək” - DEPUTAT ŞƏRH ETDİ

İranın ölkəmizə sərgilədiyi əsassız mövqe təbii ki, Azərbaycan-İran münasibətlərinin xarakteri ilə heç cür uzlaşmır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasətini həyata keçirərkən dinc qonşuluq münasibətləri, münasibətlərin davamlı olaraq inkişaf etdirilməsi, əlaqələrin qurulması prinsiplərinə istinadə edir və İran da çox gözəl bilir ki, Azərbaycan Cənubi Qafqaz regionunda hər zaman təhlükəsizliyin, sülhün etibarlı şəkildə təmin olunması istiqamətində fədakarcasına fəaliyyət göstərir, əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüslər irəli sürür və bu təşəbbüslərin həyata keçirilməsində də aparıcı rol oynayır.“Qonşu ölkələrlə münasibətlərə Azərbaycanın olduqca həssas münasibəti olub və Azərbaycan hər zaman bütövlükdə Cənubi Qafqaz regionunda konstruktiv əməkdaşlığın qurulmasının əsas rolunda çıxış edibdir. Ermənistanın təcavüzkar mövqeyi, işğalçılıq siyasəti bütövlükdə Cənubi Qafqaz regionun təhlükəsizliyini çox ciddi təhdidlər qarşısında qoyub. Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın gücü, iradəsi, Azərbaycan Prezidentinin böyük uzaqgörənliyi, strateqlik keyfiyyətləri sayəsində aradan qalxdıqdan sonra, əslində, yaranmış yeni vəziyyət, digər region ölkələri kimi İranın da maraqlarına tam uyğun olmalıdır, uyğundur. Yaxşı xatırlayırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan-İran sərhəddi işğaldan azad edildikdən sonra Xudafərin körpüsünün yanında dayanaraq, o körpünü dostluq körpüsü adlandırdı. Yəni bu, Azərbaycanın İrana ötürmüş olduğu çox mühüm bir mesaj idi. Yəni, Azərbaycan bundan sonra qonşu İranla münasibətlərini daha sıx şəkildə inkişaf etdirmək istəyini nümayiş etdirdi. Təəssüflə qeyd etmək lazımdır ki, İran tərəfdən biz analoji mövqeyi görmədik.Görünür, İran Cənubi Qafqaz regionunda cərəyan edən yeni geosiyasi proseslərin mahiyyətini ya düzgün dərk etmir, ya da sadəcə olaraq İran üçün Ermənistanın işğalçılıq siyasətini həyata keçirdiyi zamanlar daha məqbul hesab olunurdu. Təbii ki, əgər ikinci haldırsa, bu, təəssüf doğurur. Cənubi Qafqaz regionunda Azərbaycanın iradəsi ilə yaranmış yeni vəziyyət İrana öz maraqlarını daha etibarlı şəkildə keçirmək imkanı yaradır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionda altılı əməkdaşlıq platformasının həyata keçirilməsi təklif olundu, irəli sürüldü. İran yeni vəziyyətlə bağlı, yəni, Azərbaycanın yeni əməkdaşlıq təşəbbüsü ilə bağlı müsbət mövqeyini də bildirdi. Görünür, sonradan İran özü üçün narahatedici məqamlar aşkarlayıbdır. Belə bir məqamlar da ümumiyyətlə mövcud deyil. Əslində, yaranmış yeni bir vəziyyətdə İran güclü Azərbaycanla, gücünə güc qatmış Azərbaycanla əməkdaşlıq edərək daha çox özünə siyasi, iqtisadi mənada divident yönləndirə bilər.Yaxşı bilirik ki, dünyanın əksər ölkələri ilə də, xüsusilə, Qərblə də İranın münasibətləri normaldan çox-çox uzaqdır. Belə olan halda dünyanın bütün ölkələri ilə konstruktiv siyasi münasibətlər qurmağı bacarmış, səmərəli əməkdaşlıq sistemi yaratmağı bacarmış Azərbaycanla əməkdaşlıq edərək, daha çox uğur qazanmaq olar. Bu baxımdan mən hesab edirəm ki, İran gec-tez yanlış mövqeyini dərk edəcək. Yəni, işğala məruz qalmış Azərbaycana münasibətdə ədalətsiz mövqe nümayiş etdirmək əslində, işğalçının tərəfində olmaq deməkdir. İran əgər özünün də imicinin qeydinə qalmaq istəyirsə, o regionda hər zaman nifaq yaradan, gərginlik törədən, qonşulara qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın tərəfini bu dərəcədə açıq-aşkar dəstəkləməməlidir.Bu gün 11 oktyabr tarixidir və ötən il 11 oktyabrda Erənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə terror hücumları təşkil etdi. İran o Ermənistanın tərəfini saxlayır ki, onun üçün üçün heç bir beynəlxalq hüquq norması, heç bir insani dəyər mövcud deyil. Ermənistan hər zaman terroru dövlət siyasəti səviyyəsinə qaldırıbdır. Belə bir dövlətlə İranın yaxın əməkdaşlıq etməsi Ermənistanın təcavüzkar siyasətinə dəstək kimi qiymətləndirilə bilər və qiymətləndirilməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq törədib, işğalçılıq siyasətini həyata keçirib və ərazi iddialarından bu gün də əl çəkmək fikrindən uzaqdır”, deyə Elşad Mirbəşiroğlu bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər