Ağdaş rayonunun Ərəbocağı kəndində Vətən müharibəsi şəhidi İdrisov Xəyal İbrahim oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar keçirilən mərasimdə YAP Ağdaş rayon təşkilatının fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilib.
İdrisov Xəyal İbrahim oğlu 24 fevral 2000-ci il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən çavuş Xəyal İdrisov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş, oktyabrın 11-də Ərəbocağı kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
ZÜMRÜD BAYRAMOVA