YAP Zaqatala rayon təşkilatının fəalları, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Muğanlı kənd sakini Xəlilli Nicat Əli oğlu, Qandax kənd sakini Əhmədli Aydın Mustafa oğlu, Yeni Suvagil kənd sakini Məmmədov Fəqan Vahid oğlunun ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Daha sonra şəhidlərin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıblar. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.
ZÜMRÜD BAYRAMOVA