“Ölkə başçısı cənab İlham Əliyev Qoşulmama Hərəkatının tədbirində videoformatdakı çıxışında bir neçə xüsusi məqamlara toxundu. Pandemiya ilə bağlı məsələlərə toxunan ölkə başçısı Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələr, eləcə də dost və qonşu ölkələrlə eyni zamanda müttəfiq ölkələrlə münasibətlərində bir-birinə qarşılıqlı yardımları və bir-birinə verilən dəstəklərdən bəhs edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, cənab Prezident Qarabağ məsələsinə də toxunub: “Bildiyiniz kimi 2020-ci il Azərbaycan üçün uğurlu bir il olub. 30 ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız ordumuzun gücü sayəsində azad edilib. Bu məsələni tədbirdə xüsusilə vurğulayan ölkə başçısı Qoşulmama Hərəkatının fəaliyyətindən, genişlənmə dairəsindən, miqyasından, ümumiyyətlə nüfuzundan bəhs edib. Qarabağ müharibəsi dövründə Qoşulmama Hərəkatının göstərdiyi qətiyyətli mövqeyindən bəhs edib. Bu təşkilata onlayn formada qoşulan yeni qurumlarla bağlı fikirlərini bölüşüb. Bu tədbir həm də ona görə önəmlidir ki, 60 illik Qoşulmama Hərəkatının zirvə toplantısında ölkə başçısı tədbirin rəsmi hissəsinə sədrlik edib. 100-dən artıq dövləti öz əhatəsində birləşdirən bir təşkilatın zirvə toplantısında çıxış etmək və sədrlik etmək olduqca vacibdir. Bu Azərbaycanın regional yox beynəlxalq səviyyəli nüfuzunun artmasından xəbər verir”.
Samir Hümbətov sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab İlham Əliyevin bu çıxışları bizim dövlət olaraq gələcək xarici siyasi istiqamətlərin əsas prioritetlərini göstərmiş oldu: “Ölkə başçısının çıxışında bir neçə məqamlara toxunduğunu xüsusi qeyd edərdim. 2020-ci il bildiyiniz kimi Azərbaycan üçün uğurlu bir il oldu. Azərbaycan 30 ilə yaxın işğal altında qalan öz ərazilərini azad etdi. Təbii ki, bu məsələlərə ölkə başçısı cənab İlham Əliyev toxundu və bunları xüsusi qeyd etdi. Həmçinin Qarabağ müharibəsi dövründə də Qoşulmama Hərəkatının göstərdiyi qətiyyətli mövqeyindən bəhs elədi. Eyni zamanda bu təşkilata onlayn formatda olsa da yeni qoşulan qurumlarla bağlı fikirlərini söylədi. Təbii ki, bu olduqca önəmlidir. Çünki bu onunla yadda qaldı ki, Qoşulmama Hərəkatının 60 illiyidir və bu zirvə toplantısında ölkə başçısı tədbirin rəsmi hissəsinə sədrlik edib. 100-dən artıq dövləti öz əhatəsinə birləşdirən bir təşkilatdır. Həmin zirvə toplantısında çıxış etmək və sədrlik etmək o qədər də asan məsələ deyil. Azərbaycan kimi kiçik bir dövlətin böyük bir təşkilata rəhbərlik etməsi və ölkə başçısı cənab İlham Əliyevin təşkilatın 60 illiyində sədrlik etməsi olduqca cavib bir məsələdir. Bu Azərbaycanın regional yox, beynəlxalq səviyyəli nüfuzunun artmasından xəbər verir. Azərbaycan bizim üçün artıq regional deyil, beynəlxalq səviyyəli iştirakçılardan biri sayılır. Bu ölkəmizin nüfuzunun gunü-gündən artması deməkdir. Cənab İlham Əliyevin bu çıxışları bizim gələcək dövlət olaraq xarici siyasət istiqamətlərimizin əsas prioritetlərini göstərmiş oldu. Bununla yanaşı Azərbaycanın gələcək yeni reallıqlarla ayaqlaşdığını açıq şəkildə göstərmiş oldu”.
Abutel İlhamqızı