“Bir neçə gün əvvəl regionda mühüm hadisə baş verib, lakin o diqqətdən kənarda qalıb: Mixail Saakaşvili Gürcüstana geri dönüb, hansı ki, ona qarşı cinayət işi açılmışdı və çox tez də həbs edildi”.
SİA-nın məlumatına görə, bunu erməni politoloqu Alen Qevondyan feysbuk səhifəsində yazıb və belə bir sual edib ki, niyə Saakaşvili həbs ediləcəyini bilə-bilə Gürcüstana geri döndü?
“Gürcüstanı daxili sabitlik planında ağır vaxtlar gözləyir, özü də yalnız Gürcüstanı deyil. Qeyri-sabitlik hətta regionun xəritəsini dəyişə bilər. Dərin mənada isə bütün bunlar regionun Rusiyadan birdəfəlik qopması ilə bağlıdır”, deyə Simonyan qeyd edərək digər maraqlı məqama toxunub.
Onun sözlərinə görə, artıq bu gün Qarabağ məsələsi yoxdur, Ermənistan hakimiyyətinin yuxarı dairələri isə türklərlə məsləhətləşirlər.
“Bunlar həmin əhəmiyyətli şərtlərdir ki, 2008-ci ildəki proses yenidən başlasın. Biz ağır siyasi və qeyri-müəyyən iqtisadi boşluğa daxil oluruq”, Qevondyan yazıb.