Vətən müharibəsi döyüşlərində qəhrəmancasına şəhid olan Zaqatala rayon Zilban kənd sakini Serov Mütəllib Arif oğlunun, Qandax kənd sakini İskəndərov Şahin Ziyad oğlunun və Bəhmətli kənd sakini Məmmədov Ümid Bəkir oğlunun ildönümləri keçirilib. İldönümü ilə əlaqədar olaraq, YAP Zaqatala rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək, məzarları üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Daha sonra şəhidlərin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Zümrüd BAYRAMOVA