PDF Oxu

Siyasət

  • 2 150

YAP Şamaxı rayon təşkilatında partiyanın fəal gəncləri və qazilərlə görüş keçirilib

YAP Şamaxı rayon təşkilatında partiyanın fəal gəncləri və qazilərlə görüş keçirilib

44 günlük vətən müharibəsinin ildönümü ərəfəsində YAP Şamaxı rayon təşkilatının qərargahında partiyanın fəal gəncləri və Şamaxı dövlət regional kollecinin tələbələri ilə Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib. YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Görüşdə çıxış edən YAP Şamaxı 5 saylı ərazi ilk partiya təşkilatının sədri Rəfael Tağızadə və Vətən müharibəsi Qaziləri Eynalov Mirhüseyn Novruz oğlu, Məmmədli Elvin Nazir oğlu və Sədrayev Sədrə Vahab oğlu Vətən müharibəsində düşmənin başını əzərək ordumuzun Müzəffər və Yenilməz olduğunu bütün dünyaya sübut etmələrindən danışdılar. Öz növbəsində qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Rəfiqə

Digər xəbərlər