PDF Oxu

Siyasət

  • 2 056

“Putin-Paşinyan görüşündə şərtlərin icrası ilə bağlı məsələlər müzakirə olunacaq” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Putin-Paşinyan görüşündə şərtlərin icrası ilə bağlı məsələlər müzakirə olunacaq” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya Moskva razılaşmalarının əldə olunmasında moderator tərəf qismində çıxış etdiyindən, bu müqavilə ilə tərəflərin təsdiq etmiş olduqları şərtlərin icra olunmasında maraqlıdır. Bu mənada Moskvada Putinlə Paşinyan arasında keçiriləcək görüşdə bu şərtlərin icrası ilə bağlı məsələlərin müzakirə olunacağı anlaşılandır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Rusiya bölgədə nəqliyyat- kommunikasiya xətlərinin açılmasında marağını gizlətmir: “Bu isə ilk növbədə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrası, Zəngəzur ətrafında nəqliyyat dəhlizinin açılmasını zəruri edir və Moskva görüşündə Rusiya Ermənistan tərəfindən bu problemlərin həlli istiqamətində nəhayət ki, mövqe sərgiləməsini tələb edə bilər. Erməni tərəfi, Azərbaycanla sərhədlərin demarkasiya və delmitaisiyası ilə bağlı məsələlərin də həllini qəsdən yubadır, bu isə bölgədə gərginliyin saxlanılmasına səbəb olmaqla regionun təhlükəsizliyi ilə bağlı proseslərə öz mənfi təsirini göstərir. Nəhayət, Paşinyan Putindən ATƏT- in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olaraq Qarabağ ətrafında danışıqların bərpa olunması xahişini də edə bilər, hərçənd rəsmi Bakının da bu məsələdə mövqeyi bəllidir. Statusla bağlı hər hansı danışıqlardan söhbət belə gedə bilməz. Tərəflər arasında sülh sazişinin də perspektiv imkanlar ilə bağlı müzakirələrin də aparılacağı istisna oluna bilməz”.

GÜLYANƏ

Digər xəbərlər