PDF Oxu

Siyasət

  • 2 966

Üçüncü dünya müharibəsi başlaya bilərmi? - POLİTOLOQ AÇIQLADI

Üçüncü dünya müharibəsi başlaya bilərmi? - POLİTOLOQ AÇIQLADI

"Dünyada gedən çaxnaşma əsasən yeni dünya düzəninin formalaşması üçündür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, bu dərin dövlətin hazırladığı bir layihədir: "Onlar həm pandemiya ilə, həm ticarət dövriyyəsinin dəyişdirilməsi ilə, həm də digər məsələlərlə dövlətləri iqtisadi cəhətdən özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Hamısı çox gözəl bilir ki, üçüncü dünya müharibəsinin başlanması həmin dövlətlərin özü üçün də baha başa gələ bilər. Amerikada silah istehsal edən və onu satmaq istəyənlər bunu gündəmə gətirir. Çünki Amerika yarandığı gündən ərazisində heç bir müharibə olmayıb. Amma indi tam başqa bir əsrdir. Bu əsrdə də mütləq bu sistem oluna bilər. Ona görə də Amerika təcili şəkildə İsraildən dəmir künbəz alıb. Bu mənada müəyyən qədər Amerikanın da qayğıları var. Ötən əsrdən gündəmə gəlib ki, üçüncü dünya müharibəsi ABŞ-da baş verərsə bu dünyanın sonu olacaq".

Müəllif: Arzu Qurbanzadə

sia.az

Digər xəbərlər