PDF Oxu

Siyasət

  • 2 757

Azərbaycanda dini model hansı xüsusiyyətlərinə görə seçilir? - QMİ-NİN SƏDR MÜAVİNİ AÇIQLADI

Azərbaycanda dini model hansı xüsusiyyətlərinə görə seçilir? - QMİ-NİN SƏDR MÜAVİNİ AÇIQLADI

“Zaman keçdikcə, həyat inkişaf etdikcə, əsrlər dəyişdikcə təbii ki, insanların düşüncə tərzi də fərqli olur. Müəyyən istəklərini müəyyən məcralara yönəldirlər”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.Onun sözlərinə görə, birmənalı şəkildə bir şeyi başa düşmək lazımdır ki, bütün dünyada, müsəlman dünyasında Allah deyən, Quran deyən, Peyğəmbər deyən həyat tərzi olmalıdır, yaşanmalıdır: “İnsanlar bunu ehtiram etməli, bunu gözləməli və diqqətdə saxlamalıdır. Biz çalışırıq ki, insanlarımıza islamı başa sala bilək. Qardaşlığa və birliyə ehtiramla hörmət etsinlər və bu gün müasir ifadələrimizdə multikultural dəyərlərimizi yaşatsınlar. Necə ki, Peyğəmbər öz zamanında heç bir insanın nə irqinə, nə də dininə fərq qoyurdu, sadəcə olaraq qardaşlıq vəhdətində birləşdirirdi”.Fuad Nurullayev sözlərinə davam edərək həmçinin qeyd edib ki, bütün dinlərin kökündə ilahi inanc durur: “Biz hardasa, necəsə bir-birimizə ehtiram, hörmət etməliyik və bir-birimizin haqlarını qorumalıyıq. İslam dini deyir ki, insanları haqqa, ədalətə dəvət et. Allahın buyurduqlarını onlara çatdırın, söyləyin. Biz çalışırıq ki, bütün insanlara hörmət və ehtiram olsun. Necə ki, Quran deyir, Allah buyurur. Çünki cənnət və cəhənnəm yaranmış bütün insanlara şamil olunur. Ona görə də, biz çalışırıq ki, Azərbaycanda multikultural dəyərlər yaradaq. Dinindən, əqidəsindən fərqli olmayan insan insandır, haqq sahibidir və həmin insana hörmət və ehtiram etmək lazımdır”.

Arzu Qurbanzadə

sia.az

Digər xəbərlər