PDF Oxu

Siyasət

  • 2 002

Xarici fondların "xeyir-duası” da müxalifətə kömək etmir ŞƏRH

Xarici fondların "xeyir-duası” da müxalifətə kömək etmir ŞƏRH

Yeni reallıqlalar əksər müxalifət partiyalarının sıradan çıxacağından xəbər verir

Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi onların xalqın dəstəyinə deyil, daha çox xarici qüvvələrin siyasi-maddi köməyinə arxalanması dayanır. O düzdür ki, müxalifətə cəmiyyətin hər hansı formada etimadı yoxdur. Bütün hallarda Azərbaycan ictimaiyyətinin dağıdıcı müxalifətə qarşı nifrəti mövcuddur. Səbəbidə, dağıdıcı müxalifət baş bilənlərinin xarici işabazların təlimatına uyğun olaraq milli və dövlətçilik maraqlarına qarşı çıxmalarıdır. Bunu bizlər 44 günlük Vətən müharibəsində açıq şəkildə görə bildik. Müsavat, AXCP, “Milli Şura” rəhbərliyi bir dəfə də olsun Ermənistanı və onları himayə edən ölkələri qınayan bəyanat, açı1lama ilə çıxış etmədilər. Müharibə dövründə ölkənin bütün siyasi partiyaları 8 bəyanat, 2 beynəlxalq təşkilatlara müraciət qəbul etdilər, bu bəyanatları və müraciətləri Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli imzalamadılar. Hətta ermənilər üzərində tarixi qələbədən sonra siyasi partiyaların təşkil olunan dialoquna sözügedən şəxslər qoşulmadılar.

ANAP-ın sədri Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında bildirib ki, hərbi əməliyyatlar ərəfəsində N.Paşinyanın və erməni ordusunun təbliğatçısı kimi çıxış edənlər cəmiyyətin ciddi təpkisi ilə üzləşmədilər: “Çünki əhalinin böyük əksəriyyəti onların söylədiyi fikirlərdən, verdikləri bəyanatlardan xəbərsiz idi. Bu, bir tərəfdən Azərbaycan vətəndaşlarının “Milli Şura” və AXCP liderlərinin fikirlərinə əhəmiyyət verməmələri ilə əlaqədar idisə, digər tərəfdən, siyasi fəaliyyətlə məşğul olan insanların dağıdıcı müxalifət liderlərinin təhlükəli antidövlət, antixalq bəyanatlarını xalqa çatdırmaması ilə bağlı idi. Bu səbəbdən, nə “Milli Şura” sədri C.Həsənlinin “Azərbaycanda Türkiyə bazalarının yerləşdirilməsi məqsədəuyğun deyil” bəyanatı, nə də AXCP sədri Ə.Kərimlinin hərbi əməliyyatlara qarşı çıxış etməsi, erməni ordusunun gücünü “tərənnüm etməsi”, “Qarabağ danışıqlarını Avropa Birliyinin çətiri altına keçirmək” kimi təhlükəli təklifi layiq olduğu etirazı görmədi”.

A.Səmədov onu da bildirdi ki, 1992-ci ildə populist “vədlərlə” hakimiyyətə gələn AXC verdiyi bəyanatların, götürdüyü öhdəliklərin altında qalaraq əzildi və cəmi bir il hakimiyyətdə qala bildi: “İndi həmin AXC-nin çox kiçik bir parçası olan qurumlar eyni yolu gedir və heç bir məsuliyyət hiss etmədən avantürist fikirlər, ekstremist şüarlar səsləndirməkdən çəkinmirlər. Güman edirəm ki, bu halda dövrəyə hüquq-mühafizə orqanları girməli və qanun pozğunları törədənlər barədə ciddi tədbirlər görülməlidir”.

Xalqdan ayrı düşən radikallar

Bütün bunlar həmin partiya sədrlərinin xalqın və dövlətin maraqlarından tamamilə kənarda qalmağa üstünlük verdiklərini göstərir. Haqlı olaraq da cəmiyyət dağıdıcı müxalifəti sərt şəkildə ittiham edir. Təbii ki, dağıdıcı müxalifətin seçki proseslərindən məğlub ayrılmasının səbəbi onların xalq tərəfindən dəstəklənməməsidir. Baxmayaraq ki, hər seçkiərəfəsi müxalifət hay-küy qaldırır, böyük səs çoxluğu ilə uğur qazanacaqlarını bildirirlər. Ancaq seçki günü acınacaqlı məğlubiyyətə düçar olduqları məlum olur. Hətta xarici qüvvələrin "xeyir-duası”, maddi və mənəvi dəstəyi də onlara kömək etmir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifət seçkidən sonra uğursuzluğa düçar olmalarının səbəbini aydınlaşdırmağa cəhd etmir. Dərk etmək istəmirlər ki, xarici qüvvələrin maddi-siyasi dəstəyilə nəyəsə nail olmaq mümkünsüzdür. Bu, həm də, artıq tarixi reallıqdır. Azərbaycanın güclü, qüdrətli dövlət olması ictimai-siyasi proseslərə hər hansı kənar qüvvələrin təsir etmək imkanlarını sıfıra endirir. Bütün seçkilərdə son sözü xalq deyir. Xalq əsası qoyulan siyasətin davam etdirlməsinə səs verir, hakimiyyətin mövqelərinin daha da möhkəmlənməsinə öz dəstəyini verir. Xalq-hakimiyyət birliyi 1993-cü ildən bu günə qədər dəyişməyib. Təbii ki, hələ bir neçə onilliklər bu siyasət mövcudluğunu qoruyub, saxlayacaq. Müxalifət isə tarixin arxivinə atılmağa məhkumdur. Çünki cəmiyyət tərəfindən dəstəklənməyən və siyasi proseslərdən tamamilə təcrid olunan partiyalar dağılmağa məhkumdur. Baxmayaraq ki, Ə.Kərimli, C.Həsənli və A.Hacılı xaricdəki “söyüş müxalifəti” ilə koordinasiyaslı fəaliyyət qurmaqla ən azı xarici fondların rəğbətini qazanmağa çalışırlar. Ancaq el məsəlidir, “Qonşunun şamına ümid edən, gecə işıqsız qalar”. Dağıdıcı ünsürlərdə nə qədər xarici fondlara və müxtəlif ölkələrdə kök salan söyüş trollarının dəstəyinə, maddi yardımlarına ümid bəsləsələr də istəklərinə çata bilməyəcək. Yəni dağılmağa məhkumdurlar. Dağıdıcı müxalifətlə əməkdaşlıq edən xaricdəki trollarda uğursuz sonluq gözləyir. Çünki hansısa ölkədə oturum izni almaq üçün doğulub, boya-başa çatdığın dövlət haqqında şər və böhtanları səsləndirməklə üzüağlıq qazanmaq olmaz. Gec-tez ya onlar həmin ölkələrdən başqa bir ölkəyə qaçacaqlar, ya da Azərbaycana deportasiya olunacaqlar. Necə ki, söyüş söyənlərdən ən fəalı olan Maqsud İbrahimov Azərbaycana deportasiya olundu. Digərləri də, eyni aqibətlə üzləşəcəklər. Onları isə burada məhkəmə qarşısına çıxarılaraq cəza gözləyir. Bu baxımdan da istər xaricdə, istərsə də daxildə olan müxaliflər və onların trolları özlərinə layiq olduqları məqamı əldə edə bilməyəcəklər. Çünki onların adları üstlərindədir - satanlar və satılanlar.

İ.ƏLİYEV

Digər xəbərlər