PDF Oxu

Siyasət

  • 1 276

Serjik qumarda100 milyon dollar uduzub Baden-Badendə

Serjik qumarda100 milyon dollar uduzub Baden-Badendə

“2008-2017-ci illərdə Ermənistan prezidentinə məxsus olan təyyarə yüksək rütbəli məmurlarla birgə və xidməti ehtiyac olmadan dövlət hesabına mütəmadi olaraq Almaniyanın Baden-Baden şəhərinə uçub”. SİA xəbər verir ki, bu bəyanatı Ermənistanın xüsusi istintaq idarəsi yayıb.

Məlumata görə, uçuşlar prezident administrasiyasının rəsmi müraciəti olmadan, qanunsuz şəkildə həyata keçirilib. Nəticədə, yüksək vəzifəli şəxlərin xidməti vəzifələrindən sui-istifadə halları ilə bağlı Ermənistanın cinayət məcəlləsinin müvafiq bəndinə əsasən cinayət işinə başlanılıb.

Daha əvvəl isə Ermənistanın baş prokurorluğuna ölkənin üçüncü prezidenti Serj Sarqsyanın Baden-Badenə səfəri zamanı törətdiyi cinayət hadisəsi ilə bağlı məlumat daxil olub. Belə ki, cari ilin avqustunda hakim “Vətəndaş sazişi”ndən olan deputat Xaçatur Sukiasyan əvvəlki hakimiyyətlərin korrupsiya faktları ilə bağlı fikirlərini açıqlayarkən Serj Sarqsyanın da adını çəkib və bəyan edib ki, Serjik Baden-Baden kazinosunda oynadığı qumaq oyunlarında 100 milyon dollar uduzub.

Qeyd edək ki, Serj Sarqsyan 2007-2018-ci illərdə Ermənistanın üçüncü prezidenti olub və bu gün də onun barəsində bir sıra cinayət əməllərinə görə ittihamlar mövcuddur.

Müəllif: Rövşən