PDF Oxu

Siyasət

  • 1 565

YAP Qax rayon təşkilatı tərəfindən şəhid və qazi ailələri ilə görüş keçirilib

YAP Qax rayon təşkilatı tərəfindən şəhid və qazi ailələri ilə görüş keçirilib

YAP Qax rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri və qazilər Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş rayonun Turaclı kənd sakini Abbasov Ramil Sabir oğlunun və Qum kənd sakini Ramazanov Fərid Ömər oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad etmiş, ruhlarına dualar oxunmuşdur.

Daha sonra partiya fəalları şəhidlərimizin ailələrini ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər