PDF Oxu

Siyasət

  • 2 425

"Prezident dünya birliyinə çox maraqlı mesajlar verib" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Prezident dünya birliyinə çox maraqlı mesajlar verib" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"İşğaldan azad olunmuş ərazilərə cənab Prezidentin səfərləri və səfərlər zamanı səsləndirdiyi fikirlər həm torpaqlarımızın azad olunması uğrunda ordu quruculuğu və diplomatiyanın fəaliyyəti haqqında, həm erməni faşizminin torpaqlarımızda törətdiyi cinayətlərin miqyası barədə informasiyalar, həm də Azərbaycan ictimayətinə və dünya birliyinə verilən mesajların xarakteri baxımından çox maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, cənab Prezident bu çıxışlarında xüsusilə də gələcəyə yönəlmiş mesajlar məsələsində olduqca perspektivli və uzaqgörən bir mövqe tutur: "Azərbaycan erməni faşizminin 30 illik işğalına son qoymaq üçün neçə illərdir sistemli şəkildə hazırlaşıb. Bu 30 il ərzində dünyanın müxtəlif beynəlxalq təşkilatları və dövlətlərinin Azərbaycan ilə bir mövqedə işğalçı Ermənistanla başqa bir mövqedə apardıqları ikiüzlü siyasətdən bəhs edilib. Azərbaycanın müharibəyə hansı motivlərlə və arqumentlərlə hazırlanması, bölgəmizdə sülh və təhlükəsizlik üçün hansı dərəcədə qarant rolu oynaya biləcəyi ilə bağlı mesajlar var. Xüsusilə də bölgəmizin faşizmin dirçəlməsi təhlükəsindən necə sığortalanması yolunda da Azərbaycanın böyük bir qüvvə olması ilə bağlı cənab Prezident dünya birliyinə çox maraqlı mesajlar verib".Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, dünya Ali Baş Komandanın çıxışlarından belə bir nəticəyə gəlib ki, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın dözüm göstərməsi və beynəlxalq təşkilatlara inanması sadəcə 2 səbəblə bağlı olub: "Birinci Azərbaycan bu problemlərin həllində beynəlxalq hüququn və beynəlxalq təşkilatların nəhayət adələtli mövqe tutacaqlarına sonuna qədər inanıb. İkinci olaraq isə Azərbaycan beynəlxalq təşkilatlarla işləməklə yanaşı, eyni zamanda özünün iqtisadiyyatının və yüksək səviyyədə ordusunun gücləndirilməsinin qayğısına qalıb. Beləliklə də 44 günlük müharibəyə qədər gələn yol Azərbaycanın sistemli şəkildə daxildə və xaricdə apardığı uğurlu bir siyasətin nəticəsi olub. Hansı ki, cənab Prezident bu bölgə səfərlərində özünün mesajları vasitəsilə Azərbaycanın hansı sistemli dövlət quruculuğu prosesinin içində olduğu barədə tam təsəvvür yarada bilib. Ümumiyyətlə Azərbaycanın həm son 15 illik diplomatiya, iqtisadi, hərbi quruculuq sahəsində tarixini, həm 44 günlük müharibənin gedişindəki maraqlı əməliyyatları, həm də bölgədə müharibədən sonrakı sülh, təhlükəsizlik formatlarının yaradılması və tətbiq oluması məsələsində dünya birliyinə çox maraqlı mesajlar verib".

Abutel İlhamqızı

Digər xəbərlər