PDF Oxu

Siyasət

  • 2 772

Vətən Müharibəsi qəhrəmanı, kapitan İsmayıl Səmədovun anım mərasimi keçirilib

Vətən Müharibəsi qəhrəmanı, kapitan İsmayıl Səmədovun anım mərasimi keçirilib

Zaqatala rayonunun Lahıc kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Vətən Müharibəsi qəhrəmanı, kapitan Səmədov İsmayıl Məhəmməd oğlunun şəhadətinin ildönümü mərasimi keçirilib.

Anım tədbirinə YAP Zaqatala rayon təşkilatının, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanılıb. Ailə üzvləri göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər