PDF Oxu

Siyasət

  • 2 271

İranın Zəngəzur hay-həşiri: Tehrana nə dəxli var? TƏRS BAXIŞ+ÖZƏL

İranın Zəngəzur hay-həşiri: Tehrana nə dəxli var? TƏRS BAXIŞ+ÖZƏL

Xaricdən olan istənilən maneə bilavasitə üçtərəfli bəyanatı imzalamış ölkələrin daxili işlərinə müdaxilə kimi dəyərləndirilə bilər!

Bu gün özünü istər Azərbaycana, istərsə də digər ölkələrə “regional güc” kimi göstərməyə cəhd edən, guya “regionda sərhədlərin dəyişməsinə dözməyəcəyini” bəyan edən rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz - nə hüquqi, nə siyasi, nə də mənəvi cəhətdən. Belə ki, Zəngəzur dəhlizi məsələsinə yalnız üç dövlət aiddir və bu dövlətlər 9-10 noyabr üçtərəfli bəyanatını imzalayan tərəflərdirlər. O cümlədən, dəhliz İranın ərazisinə nə də onun kommunikasiyalarına toxunmur. Daha dəqiq desək, Zəngəzur dəhlizinin açılıb-açılmamasının ümumiyyətlə, İrana aidiyyatı yoxdur. Qeyd olunduğu kimi, aidiyyatı olan ölkələrin dövlət rəhbərləri bu istiqamətdə müsbət qərar veriblər. Əgər tərəflərdən biri sonradan hər hansı siyasi cığallığa əl atırsa, bu məsələnin də əlbəttə ki, İrana aidiyyatı ola bilməz. Yəni xaricdən olan istənilən maneə bilavasitə üçtərəfli bəyanatı imzalamış ölkələrin daxili işlərinə müdaxilə kimi dəyərləndirilə bilər. Məlumdur ki, İrana bu istiqamətdə hərəkət etməyə də kimsə icazə verməyib.

Lakin buna baxmayaraq, Tehrana məxsus siyasi dairələrin son vaxtlar gətirdikləri “arqumentləri” də çox gülünc görünür. “Sərhədlərin dəyişdirilməsinə dözməyəcək” İran digər tərəfdən də iddia edir ki, onun Ermənistanla olan kommunikasiya rabitəsi pozulmamalıdır (?!). Ancaq...

Tehran Bakıya izah etsin görək, son 30 ildə regionda sərhədlərin de-fakto dəyişdiyi vaxtlarda harada idi?

Ancaq daha bir məsələ budur ki, sərhəd məsələsinə gəlincə, bu gün Tehran Bakıya izah etsin görək, son 30 ildə regionda sərhədlərin de-fakto dəyişdiyi vaxtlarda harada idi və niyə bu kimi bəyanatlar səsləndirmirdi? Yoxsa ki, bu ölkənin mühərrikində gec işədüşmə problemi yaşanır?

Və ya İrana nə qədər izah olunmalıdır ki, Zənfəzur tranziti heç də sərhədlərin dəyişməsini nəzərdə tutmur və Ermənistan həmin zolaq üzrə öz formal yurisdiksiyasını saxlayır, hansı ki, sözügedən zolaq, eyni zamanda, Rusiya Federasiyasının nəzarətinə (yurusdiksiyasına deyil) keçəcək.

İran-Ermənistan kommunikasiyalarına gəlincə (bu, Araz çayı üzərindən qaz kəməri və elektrik xətləri ötürücüsüdür) isə, nəinki həmin ərazilərin ətrafı, hətta yanı belə toxunulmaz qalır. Bunun üçün yol mühəndisliyində estakadalar və tunellər kimi mühüm ixtiralar mövcuddur. Çox yəqin ki, Tehran özünün “regional güc” olduğunu nümayiş etdirmək üçün Azərbaycanla sərhədlərdə “əzələ nümayişi” göstərərkən qeyd edilən bu ixtira vasitələri barədə məlumatsız qalıb.

Azərbaycanın rıçağı, dəstəyi, “dobrosu” olmadan onların bu layihələrinin Gürcüstan ərazisində reallaşması mümkün görünmür

Əgər İran başbilənləri bugünün özündə belə utopiyaya bənzəyən Hindistan-Banderabbas-Mehri-Poti layihəsinə görə narahat olursa, onda buyursun, həmin layihəsini inşa etsin. Bu məsələdə Azərbaycan İrana mane olmur və İran da öz lüzumsuz inadkarlığı ilə Azərbaycana mane olmamalıdır. Və hərbə-zorba kimi görünməyə cəhd edən Tehran siyasətçiləri daha bir faktı da birdəfəlik anlamağa məhkumdurlar ki, Azərbaycanın rıçaqı, dəstəyi, “dobrosu” olmadan onların bu layihələrinin Gürcüstan ərazisində reallaşması mümkün görünmür. Bakı etibarlı qonşusu və dostu Tbilisidən bircə dəfə xahiş edə bilər ki, öz sərhədlərini İranın bütün yük maşınlarının, eləcə də Ermənistanda istehsal edilməyən məhsulların üzünə bağlasın və əmin olsunlar ki, bağlanacaq!

Zəngəzur dəhlizi isə mütləq olacaq!

Bax, onda İran tacirlərinin “Şimal-Cənub” layihəsinə qoyduqları investisiyaları ani şəkildə puç olacaq. Həmçinin, tehranlı siyasətbazlar onu da bilməlidirlər ki, onların yük maşınları da zaman-zaman Azərbaycanın Gürcüstan ərazisindəki strateji boru kəmərlərinin və dəmir yollarının üzərindən keçir. Heç indiyə qədər Bakının etirazlı, kəskin bəyanatları səslənibmi? Ən azından, hay-həşirlər salıb üz-gözlərini cırmaqdansa, bu faktdan ibrət dəsri götürsünlər və özlərinə bu qədər zəiyyət verməsinlər. Zəngəzur dəhlizi isə mütləq olacaq! Bu dəhlizin Bakı ilə yanaşı daha bir qarantı isə Moskvadır. Həmin Moskva ki, İranın XİN rəhbərini soyuq şəkildə qarşıladı, üstəlik eyham vurdu ki, üçtərəfli bəyanata imza atmış ölkələrin daxili işlərinə müdaxilə etməsinə yol verməyəcək.

Rövşən RƏSULOV

P.S. Üstəlik, Moskva Tehrana xatırlatdı ki, hələ də Xəzərin hüquqi statusunu müəyyən edən konvensiyaya imza atmayıb. Bəlkə onlara heç bir dəxli olmayan Zəngəzur dəhlizi ətrafındakı hay-həşirlərini bir kənara qoyaraq bu haqda düşünsünlər?

Digər xəbərlər