Siyasət

  • 1 302

Şəhidin barelyefi ətrafında təmizlik işləri aparılıb

image

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşları şəhidlərin əziz xatirələrini əbədiləşdirmək məqsədilə inşa olunan barelyeflərin, şəhid məzarlarının, abidələrinin və xatirə lövhələrinin ətrafında təmizlik işlərini davam etdirirlər.

YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları tərəfindən Sumqayıt şəhərində 1-ci Qarabağ müharibəsi şəhidi Müşfiq Qafarov Aydın oğlunun xatirəsinə tikilən bulağın və xatirə abidəsinin ətrafı təmizlənib. Torpaq sahələrinə xüsusi qulluq göstərilib, gül kollarının dibləri təmizlənib.
Abadlaşdırmadan sonra abidəyə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

yap.org.az

Digər xəbərlər