Siyasət

  • 1 990

YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhid Mehdi Məmmədovun anım mərasimində iştirak ediblər

image

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi, fəalları və ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun anım mərasimində iştirak ediblər.

Əvvəlcə şəhidin Tərtər rayonunun Sarıcalı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, xatirəsi dərin ehtiramla anılıb.
Sonra YAP rayon təşkilatının nümayəndələri şəhidin ailə üzvləri ilə görüşüblər.
Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirıblər.

yap.org.az

Digər xəbərlər