Siyasət

  • 2 708

YAP Şirvan şəhər təşkilatının nümayəndələri şəhid Amal Alişanlının ailəsini ziyarət ediblər

image

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının rəhbərliyi və fəalları mütəmadi olaraq şəhid ailələrinə baş çəkir, onların problemləri ilə maraqlanır, dərdlərinə şərik olurlar.

YAP Şirvan şəhər təşkilatının nümayəndələri şəhid Alişanlı Amal Seyfəddin oğlunun ailəsini ziyarət ediblər.
Mərasimdə qeyd olunub ki, Alişanlı Amal Seyfəddin oğlu vətənimizin müdafiəsi uğrunda qəhrəmancasına canından keçib: “Şəhid və şəhid ailələri bizim üçün müqəddəsdir. Bizim də mənəvi borcumuz şəhid ailələrinə daima diqqət və qayğı göstərilməsidir.”
Şəhidin valideynləri də şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, şəhid və qazi ailələrinə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidir.

yap.org.az

Digər xəbərlər