PDF Oxu

Siyasət

  • 2 771

"İran heç bir müsəlman dövləti ilə normal əlaqələri olmayan ölkədir" - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

"İran heç bir müsəlman dövləti ilə normal əlaqələri olmayan ölkədir" - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

"Görünən budur ki, İran müstəqil Azərbaycanı heç vaxt qəbul etməyib. Hüquqi müstəvidə başqa cür, əməli müstəvidə başqa cür olub. Yəni, ikinci Qarabağ savaşı dönəmi və ondan sonrakı dönəmdə Azərbaycana qarşı sanki düşmən mövqeyi tutub. Sonralar da biz gördük ki, dövlət sərhədlərimizi keçiblər. Zəngilanın işğaldan azad olunmasını ləngitmək və Ermənistana əlavə bir gün verilməsi üçün Azərbaycan ərazisində olan yollara beton piltələr düzüblər. Bu artıq düşmənçilik idi". Bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.Hesab edirəm ki, artıq biz hər şeyi olduğu kimi, yəni ağı-ağ, qaranı-qara kimi görməyə başlamalıyıq. Bu barədə Çingiz Qənizadə fikrini belə izah edib: "İranın hərəkətlərini biz onsuzda bilirdik. Amma çalışırdıq ki, Azərbaycan-İran əlaqələrinə xələl gəlməsin. Bunu diplomatik yollarla həll etməyə çalışırdıq. Lakin hadisələr göstərir ki, İran heç vaxt müstəqil Azərbaycanla qəlbən barışmaq istəmir. Cənab Prezidentin Cəbrayıl səfərində artıq Prezidentin dilindən İranın hərəkətlərinə qiymət verildi. Ölkə başçısı açıq şəkildə bildirdi ki, siz burada sionizm axtarırsız və bizi sionizmlə əlaqləndirirsiz. Dedi ki, göstərin burada kimsə varmı? Burada, təbii ki, İsraildən söhbət gedir. Hər hansı bir fakt ortaya qoyun. Təbii ki, Ermənistan bu faktı ortaya qoya bilməz. İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri gedir və buraya İran, İsrail, İtaliya da cəlb oluna billər. Bu, bizim müstəqil hüququmuzdur. Mülki proseslərdə iştirak edən insanları sinifə, irqə bölmək və bununla da Azərbaycana hansısa formada böhtan atmaq düşmənçilikdən başqa bir şey deyil.Nəzərə alaq ki, İsraildən bircə nəfər də işğaldan azad edilmiş ərazilərdə yoxdur. Eyni zamanda hörmətli Prezidentin İsrail istehsalı olan Haropun başını "sığallaması" çox gözəl mesaj idi. Bu o deməkdir ki, biz ancaq öz istədiyimiz dövlətlərdən silah alırıq. Bu da bizim müstəqil siyasətimizdir. Ermənistana olan münasibətlə əlaqədar olaraq Azərbaycan sərhədlərində dərhal təlimlərə başlamaq, Azərbaycana əzələ nümayiş etdirmək, İran rəsmilərinin ağzından Azərbaycana qarşı hədə-qorxu tərkibli mesajların verilməsi ilə İran Azərbaycana ata biləcəyi nə addım var idisə, onu da atdı. İran, təbii ki, Azərbaycan ilə müharibə aparmayacaq. İran nəinki Azərbaycan ilə heç bir müsəlman dövləti ilə normal əlaqələri olmayan bir ölkədir. Dünyada təcrid olunmuş, otuz ildir sanksiyalar altındadır. Azərbaycan vaxtı ilə ərazimiz vasitəsilə İrana qarşı hərbi əməliyyatlara yox dedi. İran bunu da qiymətləndirmədi".

Müəllif: Turqay Musayev

Digər xəbərlər