Siyasət

  • 2 204

İsmayıllıda şəhid Famil Əhmədzadənin ildönümü qeyd edilib ANIM

image

15 oktyabr 2021-ci il tarixində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Famil Əhmədzadənin ildönümü məzarı önündə qeyd olunub.Tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Famil Əhmədzadə rayonun ictimai-siyasi həyatında önəmli rol oynayan bir ziyalı idi. Yüzlərlə gəncin ali məktəblərə daxil olmasında böyük zəhməti olan şəhid Famil Əhmədzadə bir tarix müəllimi kimi öz qanıyla tarix yazdı. Öz elmi ilə yüzlərlə gəncin həyatına işıq saçan Famil Əhmədzadə 44 günlük Vətən müharibəsində zəfər salnaməmizin memarlarından biri oldu, ölümsüzlük, şəhidlik zirvəsinə yüksəldi. Onun müqəddəs ruhu daima rayon ictimaiyyətinin yaddaşında əbədi yaşayacaqdır. Şəhidin atası Ağaəhməd Əhmədzadə oğlu ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlığını bildirib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər