Siyasət

  • 1 743

"Bu qələbə BMT Təhlükəsizlik Şurasının nüfuzunu qaldırmalıdır" - POLİTOLOQ BAXIŞI

image

"Azərbaycan Respublikasının Ali Baş Komandanı Azərbaycanın müzəffər ordusu və Azərbaycan xalqı birləşərək işğal altında olan torpaqlarımızı yağı düşmən tapdağı altından xilas edib. Qeyd etmək istərdim ki, BMT Azərbaycan ərazilərindən erməni hərbi birləşmələrinin dərhal çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi. Lakin 30 ilə yaxın bir müddət ərzində erməni qoşunları ərazidən çıxarılmayıb. Bu isə o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının çıxartdığı qətnamələr havada qalmışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu qələbə BMT-nin Təhlükəsizlik Şurasının nüfuzunu qaldırmalıdır: "30 ilə yaxın işğal olunmuş əraziləri erməni hərbi birləşmələri narkotik vasitələrinin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan terrorçulara vermişdir, eyni zamanda bu ərazilərdə insan alveri ilə məşğul olurdular. Həm narkotik plantasiyası, həm də tranzit yol kimi istifadə edilirdi. Artıq həmin ərazilərdə dirçəliş baş verib və bir çox ərazilərdə quruculuq işləri gedir. İnşAllah biz həmin əraziləri işğaldan əvvəlki halından da yaxşı vəziyyətdə görəcəyik. Bu günlərdə Ali Baş Komandan həmin ərazilərə səfərlər edir və orada xalqımız üçün, beynəlxalq təşkilatlar üçün mətbuat qarşısında uğurlu çıxışlar edir, bəyanatlar verir. Mən qeyd etmək istərdim ki, həmin bəyanatlar əsasən beynəlxalq təşkilatlara, xarici ölkələrə, bizə düşmən kəsilən ölkələrə qarşı yönəldilmişdir. 44 günlük müharibə ərzində xalqımız hər an televiziyada Prezindentimizin çıxışlarını gözləyib. İndi də Prezidentin səfərlərini, yeni çıxışlarını yeni bəyanatlarını gözləyirdilər. Çünki bu gün Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandan İlham Əliyev müzəffərdir, yenilməzdir, qətiyyətlidir. Cənab Prezidentin çıxışlarında bir məqam xüsusilə diqqəti cəlb edir. Heç bir ölkə qarşısında, heç bir lider qarşısında cənab Prezident geri çəkilməyib, həmişə öz sözünü, xalqımızın sözünü qətiyyətlə bildirmişdir və Azərbaycanın hansısa bir ölkədən, hansısa bir təşkilatdan tapşırıq almadığını dəfələrlə qeyd etmişdir. Bu çox böyük bir amildir. Bu amilləri səviyyələndirən məqamlar var. O liderlər belə qətiyyətli çıxış edirlər ki, həmin liderlər xalqın seçdiyi liderlərdir. Bu gün Azərbaycan xalqı cənab Prezidenti dəstəkləyir və onun yanındadır. Ona görə də cənab Prezident heç bir dövlətdən, təşkilatlardan dəstək almadan Azərbaycan xalqının iradəsini göstərib".

Ramiz Alıyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezidentin verdiyi bəyanatlar sıradan bəyanatlar deyil, o bəyanatlar gələcəkdə Azərbaycan xalqının ata biləcəyi addımları ifadə edir: "Cəbrayılda, Hadrutda Prezidentin çıxışı bütün dünyaya göstərdi ki, cənab Prezidentin qətiyyəti var, heç bir dövlətin liderindən çəkinmir, öz fikirlərini bildirir. Çünki biz haqlıyıq. Bu gün Azərbaycanın dostları da kifayət qədərdir, tərəfdaşları da kifayət qədərdir, qardaş ölkələri də kifayət qədərdir. Bunların hamısı Prezidentin apardığı balanslaşdırılmış və uğurlu siyasətinin nəticəsidir və onun rəhbərlik etdiyi komandanın işləridir. Bizə qonşu olan bəzi ölkələr, dost kimi görünən dövlətlər gizlincə bizim düşmənimizə xəyanətkarcanı yardım edirlər və yanlız özlərinə zərər verirlər. Bir müddət əvvəl biz bu hadisənin şahidi olduq. Azərbaycan heç bir dövlətin daxili siyasətinə qarışmır. Əlaqədə olduğu dövlətlərlə, beynəlxalq təşkilatlara qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq edir. Mən hesab edirəm ki, bu səfərlər zamanı cənab Prezidentin çıxışları, bəyanatları daha da kənkinləşəcək, artacaq ona görə ki uğur qazanmış ölkənin dostları olduğu kimi düşmənləri də var. Biz buna görə də hər zaman dik durmalıyıq, cənab Prezidentin yanında olmalıyıq. Hər bir ictimaiyyət nümayəndəsi hər bir siyasətçi Prezidentin çıxışlarını, qəbul etdiyi bəyannamələri göz önünə gətirərək Azərbaycan xalqının yanında olmalıdır".

Abutel İlhamqızı

Digər xəbərlər