Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə,Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, hüquq mühafizə orqanlarının rəhbərliyinin iştirakı ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən Qobustan rayonu Sündü kəndindən şəhid olmuş Qaçayev Röyal Fərman oğlunun ildönümü münasibətilə məzarı ziyarət olunub.
Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.
Şəhidin ailəsi ziyarət edilib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edilib. Şəhadətə qovuşan Qaçayev Röyal Fərman oğlu cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib şəhidin valideynləri cənab Prezidentə minnətdarlıq ediblər. Bildirilib ki, şəhid Qaçayev Röyal Fərman oğlu kimi qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda qalacaq.
Rəfiqə