PDF Oxu

Siyasət

  • 1 629

Zaqatalada şəhidlərin xatirəsi yad olunub ANIM

Zaqatalada şəhidlərin xatirəsi yad olunub ANIM

YAP Zaqatala rayon təşkilatının və Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Lahıc kənd sakini Məmmədov Vüsal Nəsib oğlu və rayonyn Muxax kənd sakini Məmmədov Vidadi Etibar oğlunun ildönümləri ilə əlaqədar məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Daha sonra şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandıqları vurğulanıb. Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər