PDF Oxu

Siyasət

  • 1 590

“Şəhid ailələrinə qayğı” FOTOLAR

“Şəhid ailələrinə qayğı” FOTOLAR

Bu mövzuda YAP Şabran rayon təşkilatında aksiyalar davam edir

Şabran şəhəri Sincanboyad kəndində yaşayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nurməmmədov Nurlanın ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə Şabran rayon icra hakimiyyəti başçısı Asif Hüseynov, millət vəkili Sadiq Qurbanov, YAP Şabran rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov, hüquq muhafizə orqanlarının rəhbərləri, YAP Şabran rayon təşkilatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Tədbir çərçivəsində şəhidimizin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. YAP Şabran rayon təşkilatında bundan sonra da "Şəhid ailələrinə qayğı" aksiyası davam edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin.

Rəfiqə

Digər xəbərlər