PDF Oxu

Siyasət

  • 1 979

Zərdab rayonunda şəhid gizir Turan Muradovun məzarı və ailəsi ziyarət edilib ANIM

image

YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova, təşkilatın əməkdaşları və partiyanın bir qrup fəal üzvləri 2020-ci il oktyabrın 14-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış gizir Muradov Turan Vaqif oğlunun rayonun Körpükənd kəndi qəbiristanlığında olan məzarını ziyarət ediblər. Eyni zamanda, həmin qəbiristanlıqda dəfn olunmuş I və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış digər şəhidlərin də məzarları ziyarət olunaraq, ətrafında təmizlik və abadlıq işləri aparılmışdır. Sonra şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzərək, ehtiramla yad edilib. Daha sonra ziyarətçilər şəhid Turan Muradovun ailəsini ziyarət ediblər. Ailənin ziyarəti zamanı Pərvin Mahmudova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şərəfli Zəfər yolu keçib. Bu gün həmin şanlı Qələbənin qürurunu, sevincini yaşamaqla bərabər, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canından keçmiş qardaşlarımızın və övladlarımızın xatirəsini əziz tuturuq və tutmalıyıq. Şəhidin ailə üzvləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, 1994-cu il dekabrın 15-də Zərdab rayonu Körpükənd kəndində anadan olmuş Muradov Turan Vaqif oğlu Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə, qəhrəmancasına döyüşərək şəhid olmuşdur. Turan Muradov Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər