Saatlı rayonunun Günəşli kəndində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Dursunov Zeynali Əlləz oğlunun ildönümü mərasimi keçirilib.Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.