PDF Oxu

Siyasət

  • 2 960

Ağcabədidə şəhid ailələri və qazilərin ziyarəti davam edir ANIM

Ağcabədidə şəhid ailələri və qazilərin ziyarəti davam edir ANIM

YAP Ağcabədi rayon təşkilatı mütəmadi olaraq şəhid ailələri və qaziləri ziyarət edir. Növbəti ziyarət Ağcabədi şəhər sakini, II Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazi Cavid Allahverdiyevin ailəsində olmuşdur.YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov, aparatın bir qrup əməkdaşı və YAP fəalları qazinin evinə gedərək, onu və ailə üzvlərini ziyarət etmişlər.

Görüş zamanı Rövşən Əhmədov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordunun fədakarlığı sayəsində 44 günlük müharibənin Qələbə ilə başa çatmasında əsgər və zabitlərinin, o cümlədən Cavidin göstərdiyi şücaətdən söhbət açmış, müharibə dövründə xalqın orduya dəstək olmasının qələbənin qazanılmasında əsas rol oynadığını qeyd etmişdir. Görüş zamanı Cavid Allahverdiyev bildirib ki, sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanmış, Füzulinin, Cəbrayılın, Qubadlının azad edilməsi əməliyyatlarında iştirak etmiş, oktyabr ayının əvvəllərində yaralanmış, müalicə olunaraq yenidən döyüşlərə qatılmışdır: "Döyüşlər bizim üçün çox əlverişsiz bir şəraitdə gedirdi, ərazilərin qayalıq və yüksəklikdə olması, hər tərəfin minalanması, 30 il ərzində qurulmuş istehkamlar əməliyyat şəraitini çox çətin etmişdi, yalnız fiziki güc hesabına biz maneələri dəf edə bilirdik. İdmançı olmağım mənə çox üstünlük verirdi. Oktyabrın 20-də yenidən ağır yaralandım, qospitalda müalicə oldum, hazırda müalicəm davam edir. Döyüşlərdə göstərdiyim şücaətə görə, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişəm". Cavid Allahverdiyev 2011-ci ildə Budo Döyüş növü üzrə gənclər və böyüklər arasında Bakıda keçirilən Azərbaycan çempionatının, 2011-ci ildə Biləsuvarda keçirilən Budo Döyüş növü üzrə Asiya çempionatının, 2016-cı ildə Batumi şəhərində keçirilən Muay-tay idman növü üzrə Dünya oyunlarının və həmin il Türkiyədə keçirilən Kikboksink üzrə keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur. Görüş zamanı Cavid Allahverdiyev və anası Elza Məmmədova onları ziyarət etdikləri üçün təşəkkürlərini bildirmiş, qazi və şəhid ailələrinin problemlərinin diqqətdə saxlayan dövlət başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər