Düşmən çətiri altına sığınan satqınlar qanun qarşısında cavab verməlidirlər
“Vətən üçün pis olan, mənə faydalıdır”. Bu, radikal müxalifətin “düşüncəsidir”. Qərbə təzim edən bəsit təfəkkürlü antimilli ünsürlərin ölkəmizin uğurlarına, xalq-iqtidar birliyinin möhkəmlənməsinə, bir yumruq kimi birləşməsinə xələl gətirməkdir. Bu xəyanət, satqınçılıq deyilmi? Tarixin bütün dönəmində xəyanət və satqınlıq bağışlanmaz cinayət olub. Ələlxüsus da bu xəyanət və satqınlıq xalqına, dövlətinə və Vətənə qarşı ola. Xəyanət edən heç bir şəxsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Belə bir deyim var, deyərlər ki, xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır. Xüsusilə də, bu xəyanət və satqınlıq dövlətə, xalqa, dövlətçiliyə, insanların rifahı və təhlükəsizliyinə qarşı çevrilirsə, belə əməllər və onun icraçıları nəinki ifşa olunmalı, hətta vaxtında layiqli ictimai cavabla qarşılaşmalıdır. O zaman kor, kar, ancaq danışmaqda son 18 ildə əldə olunan uğurlara iftira atan şəbəkə əxlaqsızları...
Hafiz Hacıyev: “Sosial şəbəkə əxlaqsızları 27 ildir ki, bugünkü dövlətə qarşı böhtan, şər atsalar da, xalq dövlətinə inanır”
“Xüsusilə bu günlərdə Prezident İlham Əliyevin video-müşavirədə ciddi məsələlərə toxunması və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi ilə bağlı bu satqın və əxlaqsızların yenidən sosial şəbəkələrdə böhtan xarakterli çıxışlar etməkdədirlər. Ancaq hələ də anlamırlar ki, xalq onları çoxdan arxivin zibilxanasına atıb. Çünki xalq ölkə başçısın hakimiyyətdə olduğu son 18 il ərzində hər bir vətəndaşın qayğısına qaldığının şahidi olub. Və bu gün də hesab edirəm ki, istər dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı görülən işlər və atılan addımlar, istərsə də Tarif Şurasının qərarı ilə qazın, işığın qiymətinin artırılması ilə bağlı. Və bu gün hər bir Azərbaycan vətəndaşı ölkə başçısının gördüyü işlərin şahididir. Ancaq bu gün sosial şəbəkə əxlaqsızları Azərbaycan dövlətinin gördüyü uğurlara böhtan ataraq «mitinq» çağırışları edirlər. Çünki bunlar – Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı kimi viruslar xaricdən idarə olunanlardır. Xalq belələrini çoxdan tarixin zibilxanalarına atıb. Azərbaycan xalqı ağıllı xalqdır, ağı qaradan seçməyi bacarır».
Belə olan halda sosial şəbəkənin “xalq yanğısı” Sevinc Osmanqızı…
Həmişə belə olub, indi də belədir. Özünü “xalq yanğısı” kimi göstərən, bütün mənliyini dollara, avroya, funt sterlinqə satan Sevinc Osmanqızı erməniləri müdafiə etməkdən yorularaq, indi də «xalq yanğısı» ilə «çıxış yolu mitinqlərə çıxmaqdır» çağırışını edir. Ancaq anlamır ki, hər dəfə belə şou göstərməklə bir daha ermənidən betər olduqlarını göstərir. Bu təəccüb də doğurmur, çünki o oyun qalmayıb ki, çıxmayasınız. Ancaq anlamırsınız ki, bu gün sosial şəbəkədə səsinizi və üzünüzü görən kimi, tamaşaçı “odboy” edir. Bax, nankor və bədbəxtlik buna deyirlər. Çünki ermənilər kimi, bu virusların, özü də Sevinc Osmanın qızı kimi şəhid atasının ruhuna qiymət verməyən satqın, ermənidən də betər olanın "vətən yanğısı"nı bu xalq, bu Vətən, bu dövlət yaxşı bilir. Guya "vətən», «xalq» üçün ağlayır? Yadında saxla: hər kəs ağlaya bilməz. Eks-spiker Rəsul Quliyev demişkən, sizin kimi mənəviyyatsız və satqınlar öz qəbirlərinizi çoxdan qazmısınız. Ancaq narahat olmayın, siz o şəbəkədə çırpına-çırpına qalacaqsınız. Və sürünə-sürünə bu dövlətin ayağına gələcəksiniz, bu xalqın, bu Vətənin torpağını yalamaq istəyəcəksiniz. Ancaq bilməlisiniz ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri nə tarix, nə də bu xalq heç vaxt bağışlamır. Çünki sizin kimi satqınların qatarı çoxdan gedib...Və bu gün xalqımız ölkəmizdə gül kimi iş yerləri açılır, müəssisələr fəaliyyət göstərir, xalq da bu yaşayışdan narazı deyil. Və tezliklə bu şantajçılıqla məşğul olan erməni yalaqları, satqınları düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə, ordusuna qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sığınan xəyanətkarlar bilməlidirlər ki, etdikləri əməllərinə görə mütləq cavab verməli olacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!
Rəfiqə HÜSEYNOVA