Yeni Azərbaycan Pariyası Nəsimi rayon təşkilatının inzibati binasında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, xalqımız hər zaman dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşib. Qeyd edib ki, bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Vurğulayıb ki, məhz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub. A.Süleymanov çıxışının sonunda rayon təşkilatının ərazi ilk partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Nəzakət ƏLƏDDİNQIZI