YAP Qax rayon təşkilatının fəalları, Qax rayon icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan rayonun Cəlayir kənd sakini Əlizadə Qorxmaz Arif oğlunun ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Daha sonra şəhidimizin məzarı ziyarət edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin partiya fəalları şəhid ailələri və qazilərin evlərinə baş çəkərək, onların qayğıları ilə maraqlanıblar.
Zümrüd BAYRAMOVA