PDF Oxu

Siyasət

  • 3 216

Zərdabda 18 oktyabr “Müstəqilliyin Bərpası Günü” qeyd olunub FOTOLAR

Zərdabda 18 oktyabr “Müstəqilliyin Bərpası Günü” qeyd olunub FOTOLAR

Rayonun Gəlmə kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan tibb məntəqəsinin açılışı olub

18 oktyabr “Müstəqilliyin Bərpası Günü” münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, İcra başçısının müavinləri, YAP Zərdab rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Pərvin Mahmudova, bir qrup YAP fəalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ruhuna ehtiramlarını bildirmişlər. Daha sonra Zərdab rayon Gəlmə kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdab rayon Gəlmə kəndində inşa edilmiş tibb məntəqəsinin açılışı olmuşdur.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək, tibb müəssisəsinin istifadəyə verilməsinin kənd həyatı üçün önəmli hadisə olduğunu vurğulamışdır. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, birinci xanım, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Azərbaycanın bütün regionlarında, o cümlədən Zərdabda da həyata keçirilən sosial layihələrdən danışmışdır. Zərdab rayon Gəlmə kənd sakinləri ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya Gəlmə kəndində inşa edilən tibb məntəqəsi üçün təşəkkür etmiş və görülən işdən məmnun qaldıqlarını bildirmişlər.

Zümrüd

Digər xəbərlər