Siyasət

  • 1 336

YAP Qax rayon təşkilatı tərəfindən şəhidlərin ildönümü qeyd olunub ANIM

image

YAP Qax rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri II Qarabağ savaşında torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Əliyev Təbriz Tofiq oğlunun və Məmmədli Seymur Hacırəsul oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarlarını ziyarət etmiş, məzarları üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxunmuşdur.Daha sonra partiya fəalları şəhidlərimizin ailələrini ziyarət ediblər. Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Şəhidlərin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Möhtərəm Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər