Siyasət

  • 508

“Zəngilanın işğaldan azad olunması strateji əhəmiyyət daşıyırdı...” - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

image

“Hər bir zəfər tarixi Azərbaycanın tarixi ədaləti uğrundakı qələbəsidir!”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması hər biri ayrı ayrılıqda zəfər tarixidir.

“20 oktyabr 2020 ci il Zəngilan, 25 oktyabr Qubadlı rayonunun erməni işğalından azad olunmasının bir ili tamam olur. Düz bir ildir ki, həmin torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. Çünki Azərbaycanın şanlı ordusu, əvəzsiz xidmətləri ilə regionda sülhü və əminamanlığı yaradan cənab Prezident İlham Əliyev kimi dayağı var.

Xatırladaq ki, 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Zəngilanın işğaldan azad olunması strateji əhəmiyyət daşıyırdı. Zəngilan və Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Belə ki, 20 oktyabr 2020-ci il tarixində Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilib.

Həm Zəngilan rayonunda, həm də Qubadlı rayonunda erməni işğalı nəticəsində dağıdılmış infrastruktur, məhv edilmiş mədəni abidələr, xarabalığa çevrilmiş əraziləri görürük. Bu görüntü hesab edirəm bütün dünyaya illərdir istehsal olunan erməni yalanlarını ifşa edir. Heç kim öz torpağını, öz ana vətənini, öz evini xarabalığa çevirməz. Heç kim həmin ərazilərdəki mədəniyyət abidələrinə zərər verərək, tarixi saxtalaşdırmaz. Bunu sadəcə barbarlar, işğalçılar, terroristlər, separatçılar, nasist təfəkkürlü, faşist psixologiyasına sahib məxluqlar edər. İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz.

44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu. Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi. Cənab Prezident Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi. Ona görə də, sadəcə Qubadlı və ya Zəngilan deyil, ümumiyyətlə erməni işğalından azad olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir”, deyə Əsli Kazımova bildirib.

Digər xəbərlər