Siyasət

  • 1 672

“Ərdoğanın səfəri Azərbaycanın güclü olduğunu göstərir” - ŞƏRH EDİLDİ

image

“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan artıq bu il ərzində bir neçə dəfə Azərbaycana səfər edib. Bu da təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğan hal-hazırda dünya liderləri arasında öndə gedən liderlərdəndir. Bu gün Azərbaycan və Türkiyə arasında olan münasibətlər ən yüksək səviyyədədir. Bu iki dövlət arasındakı dostluq və qardaşlıq tarixinin ən şanlı dövrünü yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.


Onun sözlərinə görə, Mustafa Kamal Atatürk öz çıxışında "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə sevincimizdir" deməklə Azərbaycan və Türkiyəni qardaş ölkə hesab etdiyini bildirmişdi: “Bundan sonrakı dövr Azərbaycan ilə Türkiyə arasında münasibətlərin daha da möhkəmlənməsi və daha da uğura aparan dövr idi. Bildiyimiz kimi Ulu Öndər Heydər Əliyev öz çıxışlarında, öz siyasi həyatında bu qardaşlığı daha da möhkəmləndirmişdir. "Bir millət, iki dövlət" anlayışı bütün türk dünyasına artıq yayılmış və bu ifadənin anlamını artıq hamı bilir. Bu gün həmin “Bir millət, iki dövlət” ifadəsinin sütunlarından yaranan dağın nəticəsini görürük. Bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət və qardaşlıq münasibəti eyni zamanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə dövlətləri və eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığını daha da möhkəmləndirib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və dünyanın heç bir qonşu ölkələri Azərbaycan-Türkiyə münasibətləri kimi yaxın ola bilməz. Ona görə də Türkiyə prezidentinin Azərbaycana dəfələrlə səfər etməsi və 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin və şəxsən cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyini bütün dünya gördü. Bu çox böyük bir iradə və cəsarət idi. Bu gün Türkiyə prezidenti həm də öz qardaş xalqının yanına gəlir. Düşünürəm ki, Türkiyə prezidentinin Azərbaycana səfər etməsi Azərbaycanın güclü olduğunu göstərir və Azərbaycanı daha da güclənəcəyini göstərməkdir”.

Arzu Qurbanzadə

Digər xəbərlər