Siyasət

  • 1 735

Nizami rayonunda Qubadlının azad olunması günü qazilərlə birgə qeyd edildi

image

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 25 oktyabr – Qubadlının işğaldan azad olunması günündə “44 günlük Vətən müharibəsi: Qazilərin xatirələrində” mövzusunda qazilər ilə gənclərin növbəti görüşü keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, “Missiya.az” saytının baş redaktoru Nicat Dağlar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün fədakarlıqlarından danışıblar.Sonra qazilər Vətən müharibəsi ilə bağlı xatirələrini gənclərlə bölüşüblər.Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla mükafatlandırılmış qazilərdən İlkin Abdullayev, Turan Məmmədov, Əlövsət Muradlı və Rüfət Əliyev keçdikləri döyüş yolu, ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat veriblər. Onlar müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısından da bəhs edib, razılıq bildiriblər.Daha sonra qazilər gəncləri maraqlandıran suallara cavab veriblər.Tədbirin sonunda qazilərə Missiya Media Qrupunun mükafatları təqdim olunub.

sia.az

Digər xəbərlər