Siyasət

  • 773

Pirallahı rayonunda şəhid Vüsal Babayevin xatirəsi anılıb

image

Pirallahı rayonunda 44 günlük Vətən müharibəsi şəhidi, baş leytenant Babayev Vüsal Sübbuh oğlunun anım mərasimi keçirilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, millət vəkili Rauf Əliyev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ailə üzvləri tərəfindən şəhidin İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub, şəhidin məzarı önünə əklillər qoyulub, ruhuna dualar oxunub.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Pirallahı rayonunda keçirilən şəhidin il mərasiminə qatılaraq ailə üzvlərinə başsağlığı veriblər. Anım mərasimində iştirak edən RİH başçısı şəhidin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını qeyd edib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Vüsal Babayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

yap.org.az

Digər xəbərlər