Siyasət

  • 704

Şəhid Alik İsayevin anım tədbiri keçirilib

image

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İsayev Alik Şakir oğlunun anım tədbiri keçirilib.

Şəhidin ildönümü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatı sədrinin səlahiyyətlərinin icra edən Fərrux Haqverdiyev və partiya fəalları, Milli Məclisin deputatı Müşviq Məmmədli, rayonun hüquq-mühafizə orqanların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhidin döyüş yoldaşları onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edib, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər