Siyasət

  • 791

Şəhid Əli Nağıyevin ildönümü mərasimi keçirilib

image

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun ildönümü mərasimində iştirak ediblər.

Rayon təşkilatının sədri Muxtar Nağıyev və partiya əməkdaşları şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Daha sonra təşkilat nümayəndələri şəhidin ailəsi ilə görüşüb onların qayğı və problemləri ilə maraqlanıblar.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

yap.org.az

Digər xəbərlər