Siyasət

  • 1 416

Füzuli Beynəlxalq Hava Limanı bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq - DEPUTAT

image

“Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşınmaların həyata keçirilməsində Füzuli Aeroportunun xüsusi rolu olacaq”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Deputat bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi onu təsdiqləyir ki, dövlətimiz heç bir xarici investisiyaya ehtiyac duymadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş qurucluq işləri aparmağa qadirdir: “Ölkəmiz Qarabağda iri nəqliyyat qovşaqlarının icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə artan strateji valyuta rezervləri hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Bu hadisənin ən böyük iqtisadi əhəmiyyətlərindən biri də işğaldan azad edilmiş ərazilərimizdəki zəngin iqtisadi resursların işlənməsində və bura sərmayə qoyuluşlarında xarici investorların axını üçün stimullar verməsilə ilə bağlıdır. Bəllidir ki, xarici investorlar üçün hansısa bölgənin nəqliyyat rabitəsi, logistika əlverişliliyi mühüm əhəmiyyət daşıyır. Bu mənada Füzuli Hava Limanı mərkəzi tranzit və logistika qovşaqlarından biri kimi səmərəliliyi təmin edəcək. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yeraltı faydalı qazıntı yataqları ilə zəngindir, həmin sənaye zonalarının iqtisadi rentabelliyinin təmin edilməsi, daşınmasında yenə də əsas nəqliyyat qovşağı Füzuli Hava limanı olacaq”.A.Hüseynov digər mühüm məsələyə də toxunub. Bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi həm də bölgədə turizmin inkişafına hesablanıb: “Bu bölgədə təbii turizm potensialı daha çoxdur. Yəni, Azərbaycandan deyil, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə biləcək. Turizm infrastrukturunun yaranması ilə gələcəkdə Qarabağda nə qədər iş yerləri açılacaq. Keçmiş məcburi köçkünlər iş yerləri ilə təmin ediləcək. Füzulidə artıq istifadəyə verilən və Şərqi Zəngəzurda tikintisi davam edən hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq”.

sia.az

Digər xəbərlər