PDF Oxu

Siyasət

  • 2 581

YAP Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 18 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilib.Öncə məktəbin məzunu, Vətən müharibəsi şəhidi Əsədov Səbuhi Azər oğluna həsr olunmuş guşəyə baxış keçirilib. Məktəbin akt zalında ərazi ilk partiya təşkilatının sədri Əhmədov Maxsud Musa oğlu YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb və çıxışlar dinlənilib.Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi 18 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək, qərar qəbul edilib. ƏPT-nin üzvlərinin səs verməsi nəticəsində sədr Əhmədov Maxsud Musa oğlu, sədr müavini Məlikova Yeganə Mikayıl qızı seçilib. ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilib.Sonda YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək, bildirib ki, ərazi ilk partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar. S.Əbdülov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyələrini verib, ərazi ilk partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər