Terrorizm insanlığa qarşı yönəldilmiş bəladır və minlərlə insan terrorçuların törətdikləri əməllərin acı nəticələrini yaşamışdırlar. Əlbəttə ki, terrorçunun milliyyəti və sərhədi yoxdur. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Dili hibrit, yəni calaq dili, ərazisi, mədəniyyəti, mətbəxi, tarixi olmayan ermənilər tarixi, irsi, mədəniyyəti ilə dünyanın marağında olan bir dövlətlə Azərbaycanla qonşudurlar. Müasir dünyamız 200 il ilə müqayisədə ciddi şəkildə dəyişmiş olsa da təssüflər olsun ki, erməni cildi dəyişməyib. Ermənilərin hər bir hərəkəti, ümumilikdə siyasəti məkrlidir. Fateh-hökmdar Əmir Teymur erməniləri bir millət kimi yer üzündən silmədiyi üçün gələcəkdə ya alqışlanacağını, ya da lənətləyəcəyi qərarına gələndə bu millətin gələcək tarix üçün nə qədər təhlühəli olacağını bilirmişdir. Azərbaycanlılara qarşı baş verən erməni təxribatları vəhşiliyin, vandal davranışın bariz nümunəsidir. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların tarixi kimliyinə söykənir. Vətən müharibəsinə qədər, eləcə də, həmin zamanda erməni terroçuların törətdikləri əməllər dünyanın gözü qarşısında baş verib. Ermənistanın Azərbaycana hərbi təcavüz nəticəsində, insan hüquqları kobudcasına pozulub, etnik təmizləmə siyasəti və terror aktları günahsız azərbaycanlının həyatına son qoyulub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirmələri hələ də davam edirdi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır.
5-6 YAŞLI UŞAQLARI, DİNC ƏHALİNİ QƏTLƏ YETİRƏN ERMƏNİLƏR FAŞİSTLƏRİ DƏ GERİDƏ QOYMUŞDULAR…
Erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımını törətməklə öz terrorçu, təcavüzkar simasını ortaya qoydu. 1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən planın tərtib edilməsinə xidmət edib. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslara məxsus 366-cı motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak edib. Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
Xocalı qırğınının şahidi olmuş fransız jurnalisti Jan İv Yunet məqaləsində belə yazırdı: "Biz Xocalını müdafiə edənlərin, yüzlərlə dinc sakinlərin – qadınların, uşaqların, qocaların tanınmaz hala salınmış meyitlərini öz gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduğundan çəkilişi sona çatdıra bilmədik. Amma yuxarıdan gördüklərimiz törədilən vəhşilikləri təsəvvürə gətirməyə kifayət edirdi. Bu, tükürpərdici mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular… Növbəti kəndi zəbt edərkən bir erməninin sağ-salamat uşağı götürüb iki yerə böldüyünü gözlərimlə gördüm. Sonra həmin bədənin bir hissəsi ilə ananın sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın havalanıb gülməyə başladı".
Ermənilər bu qəddar terror aktı ilə öz vəhşi xislətlərini bütün dünyaya bəyan etdilər və həmin gün Xocalıda divan tutulmuş cansız bədənlər və ruhlar qaldı. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın ştatlarını qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb.
ERMƏNİLƏR BMT-NİN UŞAQ HÜQUQLARI HAQQINDA KONVENSİYASININ VƏ DİGƏR SƏNƏDLƏRİN MÜDDƏALARINI KOBUD ŞƏKİLDƏ POZUB
Bütün bu və digər soyqırımı, terrorları törədən ermənilərin son illərdə və 44 günlük Vətən müharibəsi dövründə törətdikləri vəhşi əməlləri faşist ideologiyasının sahibi olmalarının təsdiqidir. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edib.
2011-ci il martın 8-də düşmən snayperi tərəfindən səkkiz yaşlı Fariz Arzu oğlu Bədəlov qətlə yetirildi. 2016-cı il Aprel döyüşlərində düşmənin Tərtərin Həsənqaya kəndini atəşə tutması nəticəsində 2000-ci il təvəllüdlü Kəlbəcər sakini Həsənli Turanə Kamandar qızı dünyasını dəyişdi. 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular. Təbii ki, mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir.
Bu və ya digər faktlar Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizminin sonu deyildi. 44 günlük Vətən müharibəsində xalqımız erməni terrorlarının daha acı nəticələrini yaşamış oldular. İşğalçı Ermənistan silahlı qüvvələri oktyabrın 11-də cəbhə bölgəsindən və münaqişə zonasından kənar yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak oldu, 16 qadın, 6 azyaşlı olmaqla 35 nəfər yaralandı. 17 oktyabrda gecə saatlarında Gəncə şəhəri sayca üçüncü dəfə terrora məruz qalaraq ballistik raket atəşinə tutuldu. Bu terror nəticəsində 3 azyaşlı uşaq, 4 qadın olmaqla 13 nəfər həyatını itirdi, 5-i azyaşlı və 20-i qadın olmaqla 48 nəfər ağır şəkildə yaralandı, 2 uşaq itkin düşdü. Qəhrəman Azərbaycan ordusunun qarşısında dayana bilməyən Ermənistan rəhbərliyinin terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.
Vurğulamaq yerinə düşər ki, müharibə dövründə Goranboy rayonunun Qızılhacılı kənd sakini 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu və Ağcabədi şəhərindən olan 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı yaralandı. Erməni terroru nəticəsində Ağcabədi rayonunun Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu, Naftalan rayonunun Qaşaltı kənd sakinləri 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 2006-cı il təvəllüdlü Fidan Qurbanova həlak oldular.44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanda mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəridir. Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə şəhərində törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini raket atəşinə tutması insanlıq əleyhinə yönəlmiş cinayətdir. Bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu terror hadisələri beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.
Nəzakət ƏLƏDDİNQIZI