PDF Oxu

Siyasət

  • 1 896

"Orada dörd deputat sərt şəkildə açıqlama verdi" - DEPUTAT ŞƏRH ETDİ

"Orada dörd deputat sərt şəkildə açıqlama verdi" - DEPUTAT ŞƏRH ETDİ

"Ayrı-ayrı ölkələr Ermənistan tərəfinin müharibə zamanı dinc əhaliyə qarşı kütləvi qırğın silahlarından istifadə etməsini qınayıb. Bu barədə öz kəskin mövqelərini ortaya qoyublar və bizə dəstək olublar. Bu həm müharibə gedişində, həm də müharibədən sonra olub". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.Onun sözlərinə görə, təxminən on gün öncə Ukrayna parlamentindən on bir nəfər nümayəndə gəlib.Bu barədə Rüfət Quliyev fikirlərini belə izah edib: "Biz onlarla Gəncəyə də getdik. Orada dörd deputat sərt şəkildə açıqlama verdi. Sonra Ağdama getdik. Burada da öz müşahidələrini apardılar. Qayıtdıqdan sonra yenə də buradakı vəziyyətlə bağlı öz sərt təpkilərini bildirdilər. Ermənilərə qarşı kəskin sözlər deyildi. Onların atdığı addımları vəhşilik, faşistlik və vandallıq kimi qiymətləndirdilər. Deputatlar bunu birmənalı qeyd etdilər. Orada söz verdilər ki, səfərdən geri döndükdə bu məsələləri Avropa Məhkəməsində səsləndirəcəklər. Ayrı-ayrı ölkələr, o cümlədən Türkiyə, Pakistan, Macarıstan və başqa ölkələr də öz etirazlarını bildiriblər. Ukraynalı deputatlar həmçinin söz verdilər ki, qayıdandan sonra bunu Ali Radada müzakirə edəcəklər və hətta onlar söz verdilər ki, fevral ayına qədər Xocalı soyqırımı haqqında məktub hazırlayacaqlar ki, bu soyqırımı tanınsın.Düzdür, indi Azərbaycan faktları yığır. Foto faktlar mövcuddur. Hərbi prokrorluq, Baş Prokrorluq işləyir. Xaricdən də hüquqşünaslar dəvət olunur. Sənədlər hamısı hazırlanır. Təbiidir ki, bunların hamısı beynəlxalxlq məhkəmələrə verilir. Səbrli olmaq lazımdır. Çünki belə məsələlərdə, adətən, məhkəmə prosesi illərlə çəkir".

Müəllif: Turqay Musayev

Digər xəbərlər