PDF Oxu

Siyasət

  • 2 240

Qəbələdə şəhidlər İqbal Babayevin və Aydın Bayramovun ildönümləri qeyd edilib

Qəbələdə şəhidlər İqbal Babayevin və Aydın Bayramovun ildönümləri qeyd edilib

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin təcavüzünə qarşı əks-hücum əməliyyatı ilə başlanılan Vətən müharibəsində şəhid olmuş Qəbələ oğulları- Babayev İqbal Zəki oğlu və Bayramov Aydın Mətləb oğlunun Şəhidlik zirvəsinə ucalmalarından 1 il ötür. Bu münasibətlə rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldığı məktəblərin kollektivi onların məzarını ziyarət edərək, üzərlərinə gül dəstələri düzmüş, xatirələri anılaraq, ruhlarına dualar oxunmuşdur. Mərasim iştirakçıları şəhidlərin ailələrini evlərində ziyarət etmişlər. Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə

Digər xəbərlər