PDF Oxu

Siyasət

  • 2 348

AXCP-də yalnız Əli Kərimli var? TƏRS BAXIŞ

AXCP-də yalnız Əli Kərimli var? TƏRS BAXIŞ

Cəbhəbaşının mənəm-mənəmliyi digər cəbhəçilərin onun qulu-nökəri olduğunu isbatlayır

AXCP-nin sədrindən daha çox sosial şəbəkələr üzrə əsas trolbaşısı vəzifəsini icra edən və bir nömrəli blogeri kimi fəaliyyət göstərən cəbhəbaşı Əli Kərimlinin eyni zamanda, mənəm-mənəmlik prinsipi əsasında siyasətbazlıqla məşğul olması kimsəyə sirr deyil. Yəni bunu az-çox siyasətlə maraqlanan hər kəs çox yaxşı bilir və görür. İllər əvvəl sədrlik kürsüsünü iyrənc yollarla, liderinə xəyanətlər törətməklə, onu cəbhəçilərin gözündən salmaq əməlləri ilə işğal edən Əli Kərimlinin bu gün digər cəbhəçiləri özünün nökəri-qulu kimi görməsi artıq təəccüblü hal deyil. Hansı ki, zamanında AXCP-nin qurucusu olmuş mərhum Əbülfəz Elçibəy demək olar ki, bütün çıxışlarında cəbhəçilər adından danışarkən “bizlər” deyə ifadə edirdi, amma gəlin görək, Əli Kərimli nə deyir?
Belə “mənlərin” sayı kiçik, on-on beş cümləlik statusda düz səkkiz dənədir!
Biz elə də uzağa getməyərək, AXCP sədrinin ona mühafizəçilik etmiş, hazırda həbsdə olan Niyaməddin Əhmədov haqqında Facebook sosial şəbəkə hesabında yazdığı bir neçə statuslara nəzər sala bilərik. Bəs Əli Kərimlinin həmin statuslardakı əsas məqsədi nədir – mühafizəçisini müdafiə etmək, yoxsa onun həbsindən öz şəxsi məqsədləri və maraqları üçün istifadə etmək? Çünki ilk baxışdan AXCP sədrinin statusları guya “müdafiə” tipli təsir bağışlayır, amma bu statusların içindəki “mənləri” görərkən bəlli olur ki, əslində, o bu məsələdə də özünü ictimai rəyə zorla, məcburi sırımağa çalışır. Üstəlik, yerdə qalan cəbhəçilərin fəaliyyətlərini heçə saymaqla! Yəni “bizlər” deyil, məhz “mən..mən...mən...” faktoru ortaya çıxır və belə “mənlərin” sayı kiçik, on-on beş cümləlik statusda düz səkkiz dənədir!
Fakt budur ki, o, mənəm-mənəmliyi ilə yerdə qalan bütün cəbhəçiləri özünün nökəri, köləsi, kənizi və qulluqçusu hesab edir
Demək olar ki, hər cümlədə “mən” ifadəsi yer alıb. Beləliklə, bu statuslar Niyaməddin Əhmədovun “müdafiəsinə” hesablansa da, əslində, Kərimli “məni”ni tərənnüm edir. O, hər cümləsində yazır ki, “məni qoruduğuna görə”, “məni müdafiə etdiyinə görə”, “mənimlə birlikdə olduğuna” və s. Lakin bircə dəfə də olsun Niyaməddin Əhmədovun siyasi əqidəsi barədə fikir bildirmir. Yəni, Əli Kərimli özü-özlüyündə və eləcə də Niyaməddin Əhmədovun timsalında bütün cəbhəçilərin əqidələrini bilavasitə sual altında qoyur, hətta şübhə obyektinə döndərir.Və belə olan halda AXCP-nin sədrlik kürsüsünü şəxsi maraqları üçün işğal edən, bu gün isə partiyasını açıq-aşkar biznes məkanına çevirən Əli Kərimli özünü daha nə, ya da kim hesab edir? Fakt budur ki, o, mənəm-mənəmliyi ilə yerdə qalan bütün cəbhəçiləri özünün nökəri, köləsi, kənizi və qulluqçusu hesab edir – dolayısı ilə ya da qeyri-dolayısı ilə. Bu ünsürün statusundan həm də nəticə hasil etmək olar ki, sən demə AXCP yalnız Əli Kərimlidən önəmlidir və əbəs deyil ki, bu günə qədər yazdığımız bütün yazılarımızda bu partiyanın adını Əli Kərimlinin AXCP-si deyə adlandırmışıq.

Rövşən RƏSULOV

Digər xəbərlər