PDF Oxu

Siyasət

  • 2 876

3 ölkənin Baş prokuroru Bakıda olacaq

3 ölkənin Baş prokuroru Bakıda olacaq

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

SİA-nın məlumatına görə, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.

İnformasiyanın doğruluğu Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Digər xəbərlər